Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 03.02.2026-cı il tarixdə Alunitdağ qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib
Fevralın 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun təsdiq olunmuş qrafikə uyğun olaraq Alunitdağ qəsəbəsində keçirilən vətəndaşların səyyar qəbulunda rayonun idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və sakinlər iştirak ediblər.
İcra başçısı Orxan Abbasov qəsəbə sakinləri ilə görüşündə Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması barədə tapşırıqlarının Daşkəsən rayonunda daim diqqət mərkəzində saxlanıldığını və yerlərdə vətəndaşlarla səyyar qəbulların mütəmadi olaraq keçirildiyini bildirib. Həmçinin ötən dövr ərzində Alunitdağ qəsəbəsində xeyli abadlıq-quruculuq işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində bir sıra tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, Alunitdağ qəsəbə R. Qafarov adına tam orta ümumtəhsil məktəbi təmir edilmiş, qəsəbənin bütün çoxmərtəbəli yaşayış binalarının dam örtükləri, blokların pəncərə və qapıları yenisi ilə əvəzlənmiş, xeyir-şər evi təmir edilərək dam örtüyü dəyişdirilmiş, “Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində qəsəbənin kanalizasiya sistemi yenidən qurulmuş, internet və rabitə xidmətlərinin keyfiyyəti artırılmış, əlavə içməli su xətti çəkilmiş, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilişi təmin olunmuşdur. Ən əsası isə “Alunit” İstehsalat Sahəsinin yenidən işə salınması qarşıda duran vəzifələrdəndir.
Sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçısı Orxan Abbasov müraciətlərin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, digər qismi də araşdırılması və ya aidiyyəti üzrə çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.
Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən, problemlərinin həllində onlara yaxından köməklik olunmasından razılıq edərək hər zaman göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






