Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 02.06.2026-cı il tarixdə Əmirvar kəndində vətəndaşların səyyar qəbulunu keçirib
İyunun 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Əmirvar kəndində keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda çıxış edən icra başçısı Orxan Abbasov bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə vətəndaş müraciətlərinə operativ baxılması və əhalini narahat edən məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır. Daşkəsənin yaşayış məntəqələrində də mütəmadi surətdə təşkil olunan səyyar qəbullar sakinlərlə birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin həlli üçün zəruri addımların atılması məqsədi daşıyır.
Sonra sakinlər müraciətlərini səsləndiriblər.
İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin araşdırılması ilə əlaqədar aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Əmirvar kənd sakinləri yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






