Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 01.10.2025-ci il tarixdə Mollahəsənli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Oktyabrın 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Mollahəsənli kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində vurğulayıb ki, vətəndaşlarımızın gündəlik həyatında qarşılaşdıqları çətinlikləri özlərindən dinləmək və onların operativ həlli istiqamətində zəruri addımların atılmasını təmin etmək səyyar qəbulun əsas məqsədidir. Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq, hər bir müraciətə həssaslıqla yanaşmaq və mövcud məsələlərin ədalətli şəkildə həllinə nail olmaq əsas vəzifəmizdir.
Qəbul zamanı kənd sakinləri müxtəlif məsələlərlə bağlı müraciət və təkliflərini səsləndiriblər. Rayon rəhbəri hər bir vətəndaşla fərdi qaydada söhbət apararaq, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq qurumlara tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir hissəsi yerində həll edilib, araşdırılmasına ehtiyac olan müraciətlər isə icrası və ya aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Mollahəsənli kənd sakinləri problemlərinin həlli məqsədilə görülən işləri yüksək qiymətləndiriblər; səyyar qəbulun təşkilinə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






