Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 01.09.2026-cı il tarixdə Rəsullu kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Sentyabrın 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun növbəti səyyar qəbulu Rəsullu kəndində keçirilib. Qəbulda rayonunun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov görüşdə vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşlarla səyyar qəbulların keçirilməsində məqsəd sakinlərin müraciətləri ilə yerində tanış olmaq, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görməkdir.
Qəbul zamanı sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verilib, xidmətin əlçatanlıq və üstünlüklərini nəzərə çatdıraraq https://rih.gov.az/ platformasından yararlanmağı tövsiyə edilib.
Sonra bir qrup Rəsullu kənd sakinini dinləyən icra başçısı Orxan Abbasov müraciətlərin həllinə dair müvafiq tapşırıq və tövsiyələr verib. Müraciətlərin bir qismi yerində həll edilib, digərləri də araşdırılması və ya aidiyyəti üzrə çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Rəsullu kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






