Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 01.07.2026-cı il tarixdə Qazaxyolçular kəndində vətəndaşların səyyar qəbulunu keçirib
İyulun 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Qazaxyolçular kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti regionların davamlı inkişafını, əhalinin rifahının yüksəldilməsini və yerli problemlərin həllini prioritet kimi müəyyənləşdirmişdir. Daşkəsən rayonunda da infrastrukturun yaxşılaşdırılması, xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş müraciətlərinə operativ baxılması daim diqqətdə saxlanılır və bu yöndə ardıcıl işlər görülür.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarət qaydasında qeydiyyata alınıb.
Qəbulda iştirak edən Qazaxyolçular kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






