Daşkəsən Rayon İcra Hakimiyyətində rəqəmsallaşma üzrə seminar keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın 8.1.13-cü bəndinə əsasən dövlət orqanları (qurumları) tərəfindən rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik üzrə yol xəritələrinin hazırlanması və onların icrasının təmin edilməsi nəzərdə tutulub.
Fəaliyyət Planının müvafiq tapşırığının icrası, eləcə də yerlərdə tədbirlərin keçirilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Rəqəmsallaşma üzrə Yol Xəritəsi hazırlanıb. Bu sahədə aparılan fəaliyyətlər çərçivəsində icra hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə seminar təşkil olunub. Seminarı Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Vüqar Məmmədov aparıb.
Seminarda “myGov” tətbiqinin yüklənməsi və platformada istifadəçi qeydiyyatının aparılması, həmçinin dövlət orqanlarına elektron qaydada müraciət edilməsi qaydaları praktik şəkildə izah olunub. Habelə rəqəmsal dövlət xidmətlərindən istifadənin genişləndirilməsi, vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının artırılması və müasir rəqəmsal həllərdən səmərəli istifadənin əhəmiyyəti barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






