Daşkəsən Rayon İcra Hakimiyyətində 31.10.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
31 oktyabr 2025 | 15:32
Oktyabrın 31-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi ilə sakinlərin qəbulu keçirilib. Qəbulda RİHBA-nın məsul əməkdaşları, eləcə də rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən müxtəlif məzmunlu müraciət və təkliflər səsləndirilib.
İcra başçısı Orxan Abbasov hər bir müraciəti diqqətlə dinləyərək, məsələlərin araşdırılması və həllinə yönəlik müvafiq tapşırıq və tövsiyələr verib.






