Daşkəsən Rayon İcra Hakimiyyətində 29.01.2026-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
29 yanvar 2026 | 14:12
Yanvarın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edərək, müraciətlərini dinləyib. Qəbulda Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbula gələn sakinləri fərdi qaydada dinləyən icra başçısı Orxan Abbasov qaldırılan məsələlərin həllinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll olunub. Araşdırma tələb edən müraciətlər isə nəzarət qaydasında qeydiyyata götürülüb.






