Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 28.11.2025-ci il tarixdə növbəti dəfə vətəndaş qəbulu keçirilib

28 noyabr 2025 | 12:44

Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov növbəti vətəndaş qəbulu keçirib. Qəbulda RİH-nin məsul əmədaşları, o cümlədən rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların müxtəlif mövzularda müraciət və təklifləri fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub. Əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olunaraq, nəzarət qaydasında qeydiyyata götürülüb.

İcra başçısı Orxan Abbasov bildirib ki, vətəndaşların müraciətlərinin dinlənilməsi, araşdırılması və həlli Daşkəsən Rayon İcra Hakimiyyətinin prioritet fəaliyyət istiqamətlərindəndir. Odur ki, bu xüsusda görüşlər mütəmadi olaraq davam etdiriləcəkdir.

 

Keçidlər