Daşkəsən Rayon İcra Hakimiyyətində 28.02.2025-ci il tarixdə vətəndaşların növbəti qəbulu keçirilib
28 fevral 2025 | 15:33
Fevralın 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə sakinlərin müraciəti dinlənilib.
Müraciətlərin bir qismi yerində həll edilib, bəzi müraciətlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub. Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq keçirilən vətəndaş qəbulları sakinlərin yerli qurumlarla daha aktiv əlaqə qurmasına və problemlərinin operativ həllinə imkan yaradır.