Daşkəsən Rayon İcra Hakimiyyətində 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
27 avqust 2026 | 12:30
Avqustun 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi ilə rayon icra hakimiyyətinin inzibati binasında keçirilən vətəndaş qəbulunda RİHBA-nın məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müxtəlif məzmunlu müraciət və təkliflər fərdi qaydada dinlənilib.
İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin araşdırılması və həll olunması üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll olunub. Əlavə araşdırma tələb edən məsələlərin isə qanunvericiliyə uyğun qaydada icra olunacağı vətəndaşların diqqətinə çatdırılıb.






