Daşkəsən Rayon İcra Hakimiyyətində 26.12.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
Dekabrın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edərək, müraciətlərini dinləyib. Qəbulda RİHBA-nın məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
İcra başçısı Orxan Abbasov qəbul zamanı bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən əhalinin müraciətlərinə həssas yanaşmaq, onların problemlərinin qanunvericiliyin tələblərinə uyğun və operativ həll edilməsi dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan vətəndaş qəbullarının mütəmadi keçirilməsi Daşkəsən Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas istiqamətlərdən biridir.
Rayon sakinlərinin müxtəlif məsələlərə dair müraciətlərinin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən və ya yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər isə nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən rayon sakinləri göstərilən diqqətə və yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş qəbulları bundan sonra da təsdiq olunmuş qrafik əsasında davam etdiriləcəkdir.






