Daşkəsən Rayon İcra Hakimiyyətində 26.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
26 noyabr 2026 | 14:48
Qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, aparatın məsul əməkdaşları və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşların sosial məsələlər, məşğulluq və digər sahələrlə bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində araşdırılaraq həllinə dair müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb.
Daşkəsən Rayon İcra Hakimiyyətində sakinlərin müraciətlərinin dinlənilməsi və problemlərinin həlli məqsədilə mütəmadi olaraq vətəndaş qəbulları təşkil olunur.






