Daşkəsən Rayon İcra Hakimiyyətində 26.02.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
26 fevral 2026 | 13:22
Fevralın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov sakinləri narahat edən məsələləri araşdırmaq və problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib, müraciətlərini dinləyib.
Hər bir müraciət qeydiyyata alınaraq, qaldırılan məsələlərin həllinə dair müvafiq göstəriş və tapşırıqlar verilib.
Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir və onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həll olunması üçün aidiyyəti qurumlarla birgə tədbirlər görülür.






