Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 24.10.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib

24 oktyabr 2025 | 16:02

Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə obyektiv və operativ şəkildə baxılması, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi ilə rayon icra hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib.

Qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətləri fərdi qaydada dinlənilib. Müraciətlərin bir qismi yerində həll olunub. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb.

Vətəndaşların qaldırdıqları məsələlərin həllinə dair aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi Daşkəsən Rayon İcra Hakimiyyətinin fəaliyyətində daim xüsusi diqqət mərkəzində saxlanılır

Keçidlər