Daşkəsən Rayon İcra Hakimiyyətində 23.04.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
23 aprel 2026 | 12:52
Aprelin 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov sakinlərin qəbulunu keçirib. Qəbulda RİHBA-nın məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən müxtəlif məzmunlu müraciət və təkliflər səsləndirilib.
İcra başçısı Orxan Abbasov sakinləri fərdi qaydada dinləyərək, müraciətlərin araşdırılması və həllinə dair tapşırıq və tövsiyələrini verib.






