Daşkəsən Rayon İcra Hakimiyyətində 22.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
Oktyabrın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə bir qrup sakini qəbul edib, müraciətlərini dinləyib. Yerində həll edilə bilən məsələlər icra olunub, əlavə araşdırma tələb edən müraciətlər isə müvafiq dövlət qurumlarına çatdırılması məqsədilə nəzarət qaydasında qeydiyyata götürülüb, həmçinin izahat işləri aparılıb.
Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyətində hər həftənin 4-cü günü saat 11:00-da təşkil olunan qəbul günləri rayonda dövlət orqanları ilə sakinlər arasında etibarlı bir əlaqə olmaqla vətəndaşların dövlət xidmətlərinə etimadını artırır və onların problemlərinin daha sürətli həllinə şərait yaradır.






