Daşkəsən Rayon İcra Hakimiyyətində 22.01.2026-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
22 yanvar 2026 | 12:51
Yanvarın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov müraciətlərin dinlənilməsi məqsədilə vətəndaşları qəbul edib. Qəbulda Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar əsasən sosial məsələlər, məşğulluq, kommunal xidmətlər və digər gündəlik problemlərlə bağlı müraciətlərini səsləndiriblər. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub. Araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, eyni zamanda izahat işləri aparılıb.






