Daşkəsən Rayon İcra Hakimiyyətində 21.02.2025-ci il tarixdə vətəndaşların növbəti qəbulu keçirilib
21 fevral 2025 | 14:11
Fevralın 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə sakinlərin müraciəti dinlənilib.
Müraciətlərin bir qismi yerində həll edilib, bəzi müraciətlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub. Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.