Daşkəsən Rayon İcra Hakimiyyətində 18.07.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
18 iyul 2025 | 15:02
İyulun 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edərək, müraciət və təkliflərini dinləyib. Qəbulda RİHBA-nın məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri də iştirak edib.
Qəbula gələn vətəndaşların müxtəlif mövzularda müraciətlərini fərdi qaydada dinləyən icra başçısı Orxan Abbasov qaldırılan məsələlərin nəzarətə götürüldüyünü, hər bir müraciətin həlli üçün müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.






