Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 17.10.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib

17 oktyabr 2025 | 15:28

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ şəkildə baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, həmçinin bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə əsaslanaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov RİHBA-nın məsul şəxslərinin, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirak ilə növbəti vətəndaş qəbulu keçirib.

İcra başçısı Orxan Abbasov qəbulda iştirak edən rayon sakinlərini dinləyərək, qaldırılan məsələlərin nəzarətə götürüldüyünü, aidiyyəti qurumlarla birgə həll yollarının araşdırılacağını bildirib və müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin dinlənilməsi və həll yollarının operativ müəyyənləşdirilməsi baxımından bu cür qəbullar xüsusi əhəmiyyət kəsb edir və rayon rəhbərliyi tərəfindən bu sahədə görülən davamlı işlər Daşkəsən sakinlərinin rifahının yüksəldilməsinə xidmət göstərir.

 

Keçidlər