Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 16.07.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib

16 iyul 2026 | 15:43

İyulun 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib, müraciət və təkliflərini dinləyib.

Qəbul zamanı rayon sakinlərinin müxtəlif sahələri əhatə edən müraciət və təklifləri dinlənilib. Vətəndaşları narahat edən məsələlər əsasən məşğulluq, sosial müdafiə, torpaq münasibətləri və digər mövzularla bağlı olub.

İcra başçısı Orxan Abbasov müraciətlərin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər yerində həllini tapıb, əlavə araşdırma tələb edən məsələlərin isə qanunvericiliyə uyğun qaydada həll olunacağı vətəndaşların diqqətinə çatdırılıb.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq keçirilən vətəndaş qəbulları sakinlərin müraciətlərinin dinlənilməsi, onların problemlərinin həlli və vətəndaş məmnunluğunun təmin olunması məqsədi daşıyır.

Keçidlər