Daşkəsən Rayon İcra Hakimiyyətində 16.04.2026-cı il tarixdə vətəndaşların növbəti qəbulu keçirilib
16 aprel 2026 | 14:16
Aprelin 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə bir qrup rayon sakininin müraciətini dinləyib.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, yerli icra hakimiyyətinin səlahiyyətləri daxilində olan müraciətlərin icrasına dair tapşırıqlar verilib, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarına aid olan müraciətlər isə araşdırılması və ya aidiyyəti üzrə çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.






