Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 14.05.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib

14 may 2026 | 12:06

Mayın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə bir qrup rayon sakinini qəbul edərək, fərdi qaydada müraciətini dinləyib.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, yerli icra hakimiyyətinin səlahiyyətləri daxilində olan müraciətlərin icrasına dair tapşırıqlar verilib. Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarına aid olan müraciətlər isə araşdırılması və ya aidiyyəti üzrə çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

 

Keçidlər