Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 14.03.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib

14 mart 2025 | 15:47

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonda vətəndaşların müraciətlərinin dinlənilməsi və problemlərinin həlli məqsədilə mütəmadi olaraq qəbul tədbirləri təşkil olunur. Bu tədbirlər vətəndaşların dövlət orqanları ilə birbaşa ünsiyyət qurmasına, müraciətlərinin səmərəli şəkildə həllinə şərait yaradır və nəticədə vətəndaş məmnunluğunu təmin edir.

Elə bu məqsədlə martın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə növbəti dəfə vətəndaşları qəbul edib, onların müxtəlif məsələlərlə bağlı fərdi müraciətlərini dinləyib. Sakinlərin işlə təminat, sosial, mənzil-məişət məsələləri, infrastrukur və digər mövzular üzrə müraciətləri nəzərdən keçirilib. Yerində həll edilə bilən məsələlər icra olunub, tapşırıqlar verilib və aidiyyəti qurumlar prosesə cəlb olunub. Həlli vaxt və əlavə araşdırma tələb edən müraciətlər isə müvafiq dövlət qurumlarına yönləndirilməsi məqsədilə nəzarət qaydasında qeydiyyata alınıb.   

Keçidlər