Daşkəsən Rayon İcra Hakimiyyətində 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
Avqustun 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi ilə keçirilən növbəti vətəndaş qəbulunda RİHBA-nın məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov vətəndaşları fərdi qaydada dinləyib. Qəbul zamanı əsasən müxtəlif sosial və məişət məsələləri, eləcə də aidiyyəti qurumların müdaxiləsini tələb edən problemlərlə bağlı müraciətlər səsləndirilib.
Rayon rəhbəri Orxan Abbasov qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həllinə dair aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib. Müraciətlərin bir qismi yerində həll olunub. Əlavə araşdırma tələb edən məsələlərin isə qanunvericiliyə uyğun qaydada icra olunacağı vətəndaşların diqqətinə çatdırılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinin dinlənilməsi, problemlərinin öyrənilməsi və həlli istiqamətində keçirilən görüşlər mütəmadi olaraq davam etdiriləcəkdir.






