Daşkəsən Rayon İcra Hakimiyyətində 12.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
12 noyabr 2026 | 11:53
Noyabrın 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib, müraciət və təkliflərini dinləyib.
Vətəndaşları narahat edən məsələlər əsasən məşğulluq, sosial müdafiə, torpaq münasibətləri və digər mövzularla bağlı olub.
İcra başçısı Orxan Abbasov müraciətlərin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər yerində həllini tapıb, əlavə araşdırma tələb edən məsələlərin isə qanunvericiliyə uyğun qaydada həll olunacağı vətəndaşların diqqətinə çatdırılıb.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq keçirilən vətəndaş qəbulları sakinlərin müraciətlərinin dinlənilməsi, onların problemlərinin həlli və vətəndaş məmnunluğunun təmin olunması məqsədi daşıyır.






