Daşkəsən Rayon İcra Hakimiyyətində 12.03.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
12 mart 2026 | 12:58
Qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul əməkdaşları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Sakinlərin müraciətlərini fərdi qaydada dinləyən icra başçısı Orxan Abbasov qaldırılan məsələlərin icrasına dair müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlarla görüş və qəbullar mütəmadi surətdə təşkil olunur və müxtəlif sahələr üzrə müraciətlərinin həllinə dair aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilir.






