Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 11.04.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib

11 aprel 2025 | 14:09

Qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul şəxsləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Qəbul zamanı sakinlər tərəfindən qaldırılan müxtəlif məzmunlu məsələlər ətraflı araşdırılıb, bir sıra problemlər yerində həll edilib, bəzi müraciətlərin icrası və tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.

Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq vətəndaşlarla keçirilən qəbul-görüşlər sakinlərlə dövlət orqanları arasında açıq dialoqun və etimadın möhkəmlənməsinə, habelə vətəndaş məmnunluğunun artırılmasına töhfə verir. 

Keçidlər