Daşkəsən Rayon İcra Hakimiyyətində 10.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
Sentyabrın 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi ilə baş tutan qəbulda RİHBA-nın məsul əməkdaşları, eləcə də rayonun müxtəlif idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı vətəndaşların müraciətləri, onları narahat edən məsələlər və irəli sürdükləri təkliflər dinlənilib, qaldırılan hər bir məsələ ilə bağlı müvafiq qeydlər aparılıb.
İcra başçısı Orxan Abbasov müraciətlərdə əks olunan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Qəbulda iştirak edən rayonun aidiyyəti qurumlarının rəhbərləri də qaldırılan məsələlərin həlli ilə bağlı görüləcək işlər barədə məlumat veriblər.
Qeyd edək ki, vətəndaşların qəbulu və onların müraciətlərinin dinlənilməsi Daşkəsən Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas istiqamətlərdən biri olmaqla, əhalinin qarşılaşdığı problemlərin yerində öyrənilməsinə və həllinə xidmət edir.






