Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 09.07.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib

09 iyul 2026 | 15:53

İyulun 9-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda RİHBA-nın məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

İcra başçısı qəbul zamanı vətəndaşların müraciət, təklif və problemlərini fərdi qaydada dinləyib. Səsləndirilən məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarət qaydasında aidiyyəti qurumlara yönləndirilib.

Orxan Abbasov hər bir müraciətə həssaslıqla yanaşıldığını bildirərək, vətəndaşların qaldırdıqları məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həllinə dair zəruri tədbirlərin görüləcəyini qeyd edib.

Keçidlər