Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib

08 oktyabr 2026 | 14:30

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə obyektiv və operativ şəkildə baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, həmçinin bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə əsaslanaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov RİHBA-nın məsul şəxslərinin, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirak ilə növbəti vətəndaş qəbulu keçirib.

İcra başçısı Orxan Abbasov qəbulda iştirak edən rayon sakinlərini dinləyərək, qaldırılan məsələlərin nəzarətə götürüldüyünü, aidiyyəti qurumlarla birgə həll yollarının araşdırılacağını bildirib və müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həll edilib.

Keçidlər