Daşkəsən Rayon İcra Hakimiyyətində 08.01.2026-cı il tarixdə ilin ilk vətəndaş qəbulu keçirilib
08 yanvar 2026 | 12:09
Yanvarın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul şəxslərinin, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə sakinləri qəbul edib, onların müxtəlif məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib. Yerində həll edilə bilən məsələlər icra olunub, əlavə araşdırma tələb edən müraciətlər isə müvafiq dövlət qurumlarına yönləndirilməsi məqsədilə nəzarət qaydasında qeydiyyata götürülüb, həmçinin izahat işləri aparılıb.






