Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 07.03.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib

07 mart 2025 | 12:05

Martın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə sakinləri qəbul edib, onların müxtəlif məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib. Yerində həll edilə bilən məsələlər icra olunub, əlavə araşdırma tələb edən müraciətlər isə müvafiq dövlət qurumlarına yönləndirilməsi məqsədilə nəzarət qaydasında qeydiyyata götürülüb.   

Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyətində hər həftənin cümə günü saat 11:00-da təşkil olunan qəbul günləri rayonda dövlət orqanları ilə sakinlər arasında etibarlı bir əlaqə olmaqla vətəndaşların dövlət xidmətlərinə etimadını artırır və onların problemlərinin daha sürətli həllinə şərait yaradır.

Keçidlər