Daşkəsən Rayon İcra Hakimiyyətində 05.02.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
05 fevral 2026 | 14:20
Fevralın 5-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi ilə rayon icra hakimiyyətinin inzibati binasında keçirilən vətəndaş qəbulunda RİHBA-nın məsul əməkdaşları, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müxtəlif xarakterli müraciətlər dinlənilib.
İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin araşdırılması və həllinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.






