Daşkəsən Rayon İcra Hakimiyyətində 02.07.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
İyulun 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə sakinləri qəbul edib, müraciət və təkliflərini dinləyib.
Qəbul zamanı vətəndaşların məşğulluq, sosial məsələlər və digər sahələrlə bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib, araşdırılmasına ehtiyac olan müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaşlar müraciətlərinin dinlənilməsi və qaldırdıqları məsələlərin həllinə göstərilən diqqətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət-vətəndaş münasibətlərinin daha da təkmilləşdirilməsinə yönəlmiş siyasətə uyğun olaraq, vətəndaş müraciətlərinə həssas münasibət göstərilməsi və onların operativ həlli Daşkəsən Rayon İcra Hakimiyyətinin fəaliyyətində mühüm yer tutur.






