Daşkəsən Rayon İcra Hakimiyyətində 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
01 oktyabr 2026 | 14:14
Oktyabrın 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi ilə keçirilən qəbulda bir qrup rayon sakininin müraciəti dinlənilib, onları narahat edən məsələlər diqqətlə nəzərdən keçirilib. Qəbulda RİHBA-nın məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən müxtəlif sosial və məişət xarakterli müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həllinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.






