Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 01.08.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib

01 avqust 2025 | 12:50

Avqustun 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi ilə rayon icra hakimiyyətinin inzibati binasında keçirilən vətəndaş qəbulunda RİHBA-nın məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.  

Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müxtəlif xarakterli müraciət və təkliflər dinlənilib. Müraciətlər əsasən sosial, məşğulluq və digər şəxsi məsələlərlə bağlı olub.

İcra başçısı Orxan Abbasov hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşaraq, qaldırılan məsələlərin araşdırılması və həll olunması üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. 

 

Keçidlər