Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi müəssisədə növbəti görüş keçirib

23 aprel 2025 | 16:03

Daşkəsən rayon Bayan kəndində yerləşən “Mehman" firmasında keçirilən görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri Vüqar Məmmədov, komitə üzvləri – Daşkəsən RİHBA-nın Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyev, Daşkəsən KOB dostu Orxan Abbasov, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşı Rza Abdullayev, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Daşkəsən rayon xidmət şöbəsinin baş mütəxəssisi Elvin Verdiyev, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin baş vergi müfəttişi Babək Eyvazov, Dövət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin baş əmək müfəttişi Musa Hüseynov və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov çıxışında bildirib ki, Prezident cənab İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərindən irəli gələn tapşırıqların icrası Daşkəsən rayonunda da həyata keçirilir. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 2025-ci il 10 yanvar tarixli 03 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2025-ci il üçün Daşkəsən rayonu üzrə Ərazi Məşğulluq Proqramı”na əsasən rayon ərazisində əmək bazarının inkişafı və əhatə dairəsinin genişləndirilməsi, səmərəliliyinin artırılması, layiqli iş imkanlarının genişləndirilməsi, qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının əmək bazarına inteqrasiyasının gücləndirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə birgə əhalinin məşğulluğuna dair problemlərinin həlli diqqət mərkəzində saxlanılır.

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən Daşkəsəndə görülən işlər, həmçinin yeni yaradılan iş yerləri barədə görüş iştirakçılarını məlumatlandıran Vüqar Məmmədov deyib ki, qeyri-formal məşğulluğun qarşısının alınması üçün rayonda mütəmadi monitorinqlər aparılır və müvafiq tədbirlər görülür. Çünki qeyri-formal məşğulluq rəqabət mühitinə mənfi təsir göstərməklə işçilərin əmək və sosial hüquqlarının pozulmasına, onların sosial sığorta sistemindən və nəticədə gələcək sosial təminatdan kənarda qalmasına, vergidən yayınmaqla dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarır.

Digər çıxış edənlər də komitə tərəfindən ötən müvafiq dövrdə görülən işlərlə bağlı fikirlərini bölüşərək qarşıda duran vəzifələrədən danışıblar.

“Mehman" firmasının rəhbəri Mehman Abdullayev mərmər blok və mərmər qırıntıları istehsal edən müəssisənin istehsal gücü, hədəfləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verib. Dövlətin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan, eləcə də əlverişli biznes mühitindən faydalanaraq müəssisənin gələcəkdə daha geniş formada fəaliyyət göstərəcəyini bildirib, eyni zamanda görüş iştirakçılarını müəssisədə görülən işlərlə əyani tanış edib.

Keçidlər