Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib

12 oktyabr 2023 | 15:40

Oktyabrın 12-də Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilib.

İclasda Daşkəsən RİHB-nin müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, RİH yanında İctimai Şuranın sədri Samir Həsənov, İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən vətəndaş cəmiyyəti inistitutlarının nümayəndələri iştirak ediblər. 

RİH yanında İctimai Şuranın sədri Samir Həsənov gündəlikdə duran məsələləri səsləndirib və həmin məsələlər üzrə iclas iştirakçılarını müzakirələrə dəvət edib. Əvvəlki iclaslarda qaldırılan məsələlərin, verilən təkliflərin rəsmi şəkildə RİH-nə çatdırıldığını və yüksək səviyyədə həllinə nail olunduğunu vurğulayan Samir Həsənovbildirib ki, İctimai Şuranın əsas məqsədi yerli icra hakimiyyətinə dəstək olmaq, yerlərdə olan müraciətləri araşdırmaq, problemlərin birgə həlli yolunu tapmaqdır.

 İclasın gündəliyinə əsasən, Daşkəsən rayonu ərazisində məişət tullantılarının idarə olunması və İctimai Şuranının fəaliyyətinə dair cari məsələlər barədə Şuranın katibi Aygül Zeynalova və şura üzvü Vüqar Xəlilov çıxış ediblər, RİH yanında İctimai Şuranın fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər. İctimai Şuranın üzvləri tərəfindən irəli sürülmüş təkliflər uyğun hesab edilərək qəbul olunub və gündəlikdəki məsələlər geniş müzakirə olunaraq tədbirlər görülməsi barədə aidiyyəti təşkilatlara müraciət olunması qərara alınıb.

Yekun nitqlə çıxış edən RİHB-nin müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov RİH ilə sıx əlaqədə səmərəli fəaliyyət göstərdiklərinə görə İctimai Şuranın üzvlərinə təşəkkür edib, onların rəy və təkliflərinin daim dəyərli olduğunu bildirib.Dövlət siyasətinin həyata keçirilməsində ictimai iştirakçılığın mühüm əhəmiyyətini diqqətə çatdıran  Namiq Süleymanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulamasından, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasında və onların həlli yollarına dair təkliflərin hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verməsindən bəhs edib. Habelə həyata keçirdiyi bütün tədbirlərdə RİH-nin ictimai birliklərlə sıx əməkdaşlıq etdiyini deyib.

 

Keçidlər