Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının iclası keçirilib
İclasda 05–07 may tarixlərində gözlənilən hava şəraitinin kəskin dəyişməsi ilə bağlı verilmiş xəbərdarlıq nəzərə alınaraq baş verə biləcək fövqəladə halların qarşısının alınması məqsədilə aidiyyəti qurumlara zəruri tapşırıqlar verilib, qabaqlayıcı tədbirlərin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin təmin olunması, infrastruktur obyektlərinin mühafizəsi və operativ xidmətlərin yüksək hazırlıq vəziyyətinə gətirilməsi qərara alınıb.
Bununla yanaşı, çaylarda suyun səviyyəsinin yüksəlməsi, sel, sürüşmə və daşqın ehtimalı, güclü külək və intensiv yağıntılar nəticəsində yarana biləcək fəsadların minimuma endirilməsi üçün monitorinqlərin aparılması, riskli ərazilərdə yaşayan əhalinin məlumatlandırılması və zərurət yarandıqda təxliyə tədbirlərinin həyata keçirilməsi məsələləri də müzakirə olunub.
Komissiya üzvləri tərəfindən qeyd olunub ki, bütün aidiyyəti qurumlar qarşıdakı günlərdə koordinasiyalı şəkildə fəaliyyət göstərməli, yaranan vəziyyətə operativ reaksiya verilməli və hər hansı fövqəladə hadisə baş verdiyi halda dərhal müvafiq tədbirlər görülməlidir.






