Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində uşaqlar üçün cizgi filmləri nümayiş etdirilib

25 aprel 2025 | 17:54

23-25 aprel tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ilə birgə rayonun ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri üçün cizgi filmlərinin nümayişini keçirib.

Tədbirin məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili və onların zərərli informasiyalardan qorunmasıdır.

Əvvəlcə uşaqlara zərərli informasiyalar haqqında məlumat verilib və açıq hava  əyləncəli oyun saatı keçirilib. Sonra azyaşlılar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən istehsal olunmuş “Basat və Təpəgöz”, “Cəsur təyyarə”, “Xeyirxah kirpi” və “Qızıl” adlı cizgi filmlərini böyük maraqla izləyiblər.

 

Keçidlər