Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

23 sentyabr 2025 | 15:39

Sentyabrın 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunan tədbir Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və çıxışlarla davam edib.

Daşkəsən RİH-nin məsul əməkdaşı Elmar Əliyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodisti Rəna Hüseynova məruzələrində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, şəhidlərimizin şücaətindən və xalqımızın birliyindən bəhs ediblər. Vurğulanıb ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşına Vətən müharibəsində qazanılmış böyük Zəfərin başlanğıcı kimi əbədi həkk olunub.

Tədbirin sonunda Vətən müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Keçidlər