Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası qeyri-sabit hava şəraiti ilə əlaqədar rayon sakinləri ilə maarifləndirici görüş keçirib

06 aprel 2026 | 17:50

Bayan kəndində sakinlərlə keçirilən görüşdə Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları iştirak ediblər.

Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev son günlər rayon ərazisində müşahidə olunan intensiv yağıntılar, güclü külək və mümkün sel təhlükəsi barədə danışıb, təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini, xüsusilə dağlıq və sürüşmə riski olan ərazilərdə yaşayan sakinlərə diqqətli olmalarını tövsiyə edib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Əli İsmayılov  daşınmaz əmlakın sığortalanmasının vacibliyindən danışıb. O bildirib ki, təbii fəlakətlər zamanı vətəndaşların maddi zərərlə üzləşməməsi üçün evlərin və təsərrüfatların sığortalanması mühüm əhəmiyyət kəsb edir.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları sakinlərə fövqəladə vəziyyətlərdə zəruri davranış qaydaları və qabaqlayıcı tədbirlər barədə məlumat verib, maarifləndirici materiallar paylayıblar.

Bununla yanaşı, yağıntılar nəticəsində çaylarda su səviyyəsinin qalxması ehtimalı nəzərə alınaraq çay yataqlarına baxış da keçirililib.

Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi altında rayonun xidmət təşkilatlarının iş rejimi davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar yüksəldilərək, texnika və avadanlıqlar hazır vəziyyətə gətirilib. Habelə məlumatların operativ qəbul edilməsi məqsədilə qaynar xətt yaradılıb (tel: 022-216-51-59; 077-769-02-44).

Keçidlər