Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar görüş keçirib

16 aprel 2025 | 16:56

Bayan kəndində Qoşqarçayın sahilində keçirilən görüşdə Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları və kənd sakinləri iştirak ediblər.

Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev diqqətə çatdırıb ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Bir neçə gündür, Daşkəsən rayonunda qeyri-sabit yağıntılı hava şəraitinin davam etdiyini deyən E.Əliyev ötən gün axşam saatlarından Daşkəsən rayonuna və rayonun dağ kəndlərinə yağan intensiv yağışın qara çevrildiyini bildirib. Qar əsasən Daşkəsən şəhərinə, Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrinə, Xoşbulaq, Əhmədli, Əmirvar, Muşavaq, Dəstəfur, Astaf, Təzəkənd, Mollahəsənli, Qaraqullar və Alaxançallı kəndlərinə yağıb. Qarın qalınlığı 5-10 santimetr təşkil edib.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları sakinlərə fövqəladə vəziyyətlərdə zəruri davranış qaydaları və qabaqlayıcı tədbirlər barədə məlumat verib, maarifləndirici materiallar paylayıblar.

Qeyd edək ki, davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi altında rayonun xidmət təşkilatlarının iş rejimi yüksəldilərək, texnika və avadanlıqlar hazır vəziyyətə gətirilib. Habelə məlumatların operativ qəbul edilməsi məqsədilə qaynar xətt yaradılıb (tel: 022-215-51-59).

Keçidlər