Daşkəsən rayon ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib
Aprelin 23-də Daşkəsən Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi ilə birgə rayonun hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin və xidmətlərinin növbəti xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqini keçirib.
Təlim-məşq toplantısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, FHN-nin Gəncə Regional Mərkəzinin rəisi Rövşən Nəbiyev, Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, rayonun mülki müdafiə qərargahı, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak ediblər.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hadisələrə operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması, böhran hallarında birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı vəziyyətlərində əməli vərdişlərin aşılanması olub.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Təlimə 228 nəfər şəxsi heyət və 40 ədəd texnika cəlb olunub.
Sonda məşqin təhlili aparılaraq, müvafiq tapşırıqlar verilib.






