“Daşkəsən” komandasının qələbə sevinci
26 may 2025 | 19:14
“Daşkəsən” komandası 14 yaşadək voleybolçulardan ibarət Azərbaycan çempionatından qələbə ilə qayıdıb.
Yarışın finalında oğlan voleybolçulardan ibarət “Daşkəsən” komandası “Sumqayıt RVK”ya 3:2 hesabı ilə qalib gəlib.
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və Sumqayıt Regional Voleybol Klubunun rəhbəri Tariyel Alverdiyev təqdim ediblər.
İdmançılarımızı təbrik edir, onlara gələcək yarışlarında uğurlar arzu edirik!