Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən-Gəncə avtomobil yolunda cari təmir işləri görülür

29 iyun 2025 | 12:53

Daşkəsən-Gəncə avtomobil yolunun istismar keyfiyyətinin artırılması və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə "31 nömrəli Yol İstismar" MMC tərəfindən cari təmir işləri həyata keçirilir. Texniki heyət və ağır texnika vasitələri cəlb olunmaqla yolun müxtəlif hissələrində asfalt örtüyü bərpa edilir, çalalar doldurulur, yol kənarları və  yol boyunca yerləşən suötürücü qurğular təmizlənir. İşlər mərhələli şəkildə aparılır.

Sürücülərdən xahiş olunur ki, yol işləri görülən ərazilərdə sürət həddinə riayət etsinlər və müvəqqəti yol nişanlarına diqqət yetirsinlər.

Keçidlər