Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Elektrik Şəbəkəsinin inzibati binasında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib

02 sentyabr 2025 | 15:55

Sentyabrın 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Elektrik Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı toplantının əvvəlində müasir Azərbaycanın qurucusu və müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev bildirib ki, Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, uğrunda mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz qəhrəman hərbçilərimizin və şəhidlərimizin fədakarlığı sayəsində tam şəkildə bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Yeni reallıqlar şəraitində Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi Ümummilli Liderimiz Heydər Əliyev olan Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü böyük təntənə ilə qeyd edəcək. Bu məqsədlə Prezident cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Əminliklə deyə bilərik ki, mühüm tarixi əhəmiyyətə malik olan bu Sərəncam şanlı Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, 1995-ci ildə Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaqdır.

Çıxış edən Daşkəsən Elektrik Şəbəkəsinin rəisi Tural Həsənov məruzəsində qeyd edib ki, müstəqil Azərbaycanın Konstitusiyası Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, zəngin siyasi təcrübəsi və dərin dövlətçilik fəlsəfəsi nəticəsində formalaşaraq, xalqın iradəsini, hüquq və azadlıqlarını, milli və mənəvi dəyərlərini əks etdirən mühüm hüquqi sənəd kimi tarixə düşmüşdür. Tural Həsənov bildirib ki, məhz bu fundamental sənəd ölkəmizin siyasi, iqtisadi və sosial sahələrdə sürətli inkişafına, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna möhkəm təməl yaratmışdır. Bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın prinsiplərinə əsaslanan uğurlu dövlət siyasəti ölkəmizin güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına və regionda söz sahibinə çevrilməsinə imkan verir.

Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti qeyd olunub. Çıxış edənlər müasir Azərbaycanın hüquqi və demokratik dəyərlər üzərində qurulmasında Ulu Öndər Heydər Əliyevin misilsiz rolunu xüsusi vurğulayıblar.

Toplantı Azərbaycanın gələcək inkişafında Konstitusiyanın əhəmiyyətinə dair yekdil fikirlərlə və vətənpərvərlik ruhunda başa çatıb.

 

Keçidlər