Bu gün Daşkəsən şəhərinin yaradılmasından 78 il ötür
1948-ci ilin 16 mart tarixində əsası qoyulan Daşkəsən şəhəri ötən illər ərzində böyük inkişaf yolu keçərək ölkəmizin mühüm sənaye və yaşayış məntəqələrindən birinə çevrilmişdir. Daşkəsən Azərbaycanın relyefə uyğun planlaşdırılmış nadir şəhərlərindən biridir. Zəngin təbii sərvətləri, zəhmətkeş insanları və özünəməxsus inkişaf ənənələri ilə Daşkəsən dinamik inkişafını davam etdirir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Daşkəsən rayonunun inkişafına hər zaman diqqət və qayğı göstərmişdir. Ulu Öndərin müəyyən etdiyi milli inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları və infrastruktur layihələri nəticəsində Daşkəsən rayonunda da mühüm abadlıq-quruculuq işləri aparılır, yeni sosial obyektlər tikilir, məndənçilik sahəsi yeni mərhələyə qədəm qoyur, əhalinin rifah halının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar və sosial layihələr də Daşkəsən rayonunun sosial-mədəni həyatına mühüm töhfələr verir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu əlamətdar gün münasibətilə bütün Daşkəsənliləri səmimi-qəlbdən təbrik edir, rayonumuzun hər bir sakininə möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzulayıram!






